Türkiyənin Abant İzzet Baysal Universitetində nəzərdə tutulan xanım sənətçi Sılanın konserti ləğv edilincə təşkilati şirkət rektorluğun avtomobilinə həbs qoyulmasını tələb edib.

Universitet 2013-cü ildə bahar şənlikləri üçün təşkilati şirkət ilə razılaşıb. Ancaq Sılanın konsertinin keçiriləcəyi 14 may tarixində yağan güclü yağış səhnənin damını riskli hala gətirib. Səhnə və konsert zalının təhlükə yaradacaq dərəcədə islanması səbəbiylə planlaşdırılan konsert ləğv edilib.

Təşkilatçılar konsertin başqa bir gün edilməsi barədə yazılı və şifahi olaraq universitet rəhbərliyinə təklif verib. Ancaq rəhbərlik geri addım atıb.

Habertürk-ün xəbərinə görə, şirkət iniversitet barədə məhkəmədə iddia qaldırıb. Məhkəmə universiteti haqsız bilərək 48 min TL-ni faiziylə birgə ödəməsinə qərar verib. 55 min TL alacaqlarının olduğunu ifadə edən şirkətin vəkili Tahir Kamal Bozkır rektorluğun 4 avtomobilinə həbs qoydurub.

Məhəmməd Vaqif
Milli.Az