Abituriyentlər keçid balları ilə tanış ola bilərlər

Abituriyentlər keçid balları ilə tanış ola bilərlər
10:44 1 Aprel 2015
12689 Sosial
Ölkə mətbuatı
A- A+

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən “Abituriyent” jurnalının 2-ci sayı nəşr olunaraq ictimaiyyətə təqdim olunub. TQDK-dan Lent.az-a verilən məlumata görə, jurnalda bir neçə material öz əksini tapıb.

Jurnal vasitəsi ilə 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanı ilə tanış olmaq mümkündür.

Bundan başqa, elektron ərizə verən abituriyent üçün təlimat, xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqənin keçirilməsi şərtləri (ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə), ümumi orta təhsil (9 illik) üzrə buraxılış imtahanı proqramları, tam orta təhsil (11 illik) üzrə buraxılış imtahanı proqramları, bəzi test tapşırıqlarının izahı və tövsiyələr, abituriyentlər üçün elmi-metodiki məqalələr jurnalda öz əksini tapıb.  

Abituriyentlər həmçinin, 2014-cü ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları ilə tanış ola bilərlər.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/197808

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR