Moskvada məhkəmədəki atışma ilə bağlı SON XƏBƏR

Rusiya İstintaq Komitəsinin verdiyi son məlumata görə, atışma nəticəsində Rusiya qvardiyasının bir əməkdaşı yaralanıb. Üç cinayətkar öldürülüb, ikisi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Komitənin verdiyi məlumatda iki müşayiətçinin çoxsaylı xəsarətlər aldığı, onlardan birinin xəstəxanaya yerləşdirildiyi bildirilib.

Hazırda müşayiətçilərdən biri polisə ifadə verir.

XXX

Moskva vilayət məhkəməsində atışma baş verib.

Atışma məhkəmədə cinayət qruplaşmasının işi gedərkən başlayıb. Vəkillərdən birinin sözlərinə görə, 20-ə yaxın atəş səsi eşidilib. Atışma zamanı cinayətkar qruplaşmanın 4 üzvü zərərsizləşdirilib.

Qeyd edək ki, daha əvvəl iki məhkəmə əməkdaşının yaralandığı barədə məlumat verilmişdi.

Son məlumata görə, təqsirləndirilən şəxslərdən biri onları müşayiət edən mühafizəçıdən silahı alaraq atəş açmağa başlayıb.

Hadisə ilə əlaqədar məhkəmə binası təxliyə edilib. //Trend

VİDEO: Müxalifət liderləri həbs edildi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR