İƏT İcraiyyə Şurasının fövqəladə iclası keçirilib

1 avqust tarixində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Sammitinin sədri statusunda Türkiyənin çağırışı və ev sahibliyi ilə Qüdsdəki Əl-Aqsa məscidi ətrafında cərəyan edən hadisələri müzakirə etmək üçün İstanbul şəhərində İƏT İcraiyyə Şurasının fövqəladə iclası keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, iclasda Azərbaycanı Xüsusi Tapşırıqlar üzrə səfir Şahin Abdullayev təmsil edib.

Ş.Abdullayev Qüds məsələsi və Əl-Aqsa məscidi ətrafında cərəyan edən hadisələrlə əlaqədar Azərbaycanın mövqeyini səsləndirib və tədbirin təşkil edilməsinə görə Türkiyəyə təşəkkürünü ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR