Məşhur futbolçu "Qalatasaray"ı "Yuventus"a dəyişir

Məşhur futbolçu "Qalatasaray"ı "Yuventus"a dəyişir
20:16 8 Yanvar 2015
202 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray"ın hollandiyalı ulduzu Uesli Sneyder İtaliya "Yuventus"una keçidə razılıq verib.

ANS PRESS-in məlumatına görə, futbolçunun agenti artıq Turindədi və müştərisinin müqavilə şərtlərini müzakirə edir.

Ancaq hər şey yağ kimi getmir. Çünki "Cim-Bom" müqavilə müddəti 2016-cı ilin yayında başa çatan hollandiyalıya görə 15 milyon avro tələb edir.

Yaxın günlərdə məsələyə tam aydınlıq gələcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=318496

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR