Çox kiçik kompüter göstərildi

Çox kiçik kompüter göstərildi
20:17 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Intel şirkəti CES 2015 elektronika sərgisində Windows 8.1 əməliyyat sistemi ilə işləyən və asanlıqla cibə yerləşən mini-kompüterini nümayiş etdirib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Intel şirkətinin kiçikölçülü cihazı Atom Bay Trail prosessoru, 2 QB əməli və 32 QB daxili yaddaşla təchiz edilib. Şirkətin Compute Stick qurğusu HDMI konnektoruna malik monitor və ya televizorlara qoşulmaq üçün nəzərdə tutulub.
 
Bundan başqa, qurğu microSD slotu, Wi-Fi 802.11n və Bluetooth simsiz rabitə modulları, USB və microUSB portları ilə təchiz edilib.
 
Intel Compute Stick mini-kompüterinin satış qiyməti 149 dollar dəyərində qiymətləndirilib, bu ilin martında cihazın satışlarına başlanılacaq.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/317971.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR