Azərbaycanda 3 gün dəhşətli istilər olacaq

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti müşahidə olunur.

Metbuat.az xəbər verir ki, Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edir.

Metbuat.az-a açıqlama verən Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova yaxın 3 gündə günəşli hava şəraitinin davam edəcəyini bildirib:

"Günəş şüasının tam təsiri, cənub-qərb küləklərinin istiliyi nəticəsində avqust ayında havanın maksimal temperaturu bir qədər yüksək olur. Belə ki, bu gün və yaxın 3 gün ərzində ölkə ərazisində günəşli hava şəraitinin davam edəcəyi gözlənilir. Havanın temperaturu Bakıda 34-38 dərəcə, bölgələrdə isə 35-40 dərəcə, Naxçıvan MR-nın bəzi yerlərində 42 dərəcəyədək isti, dağlıq ərazilərdə isə 27-32 dərəcə isti təşkil edəcək".

Bakıda iş adamlarından "vergi" yığan "Trans"lar...- Polisdən sərt açıqlama-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR