"Qazprom" sanksiyalara qarşı “Türk Axını”boru xəttini sürətləndirir

"Qazprom" sanksiyalara qarşı “Türk Axını”boru xəttini sürətləndirir
19:17 3 Avqust 2017
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyi barədə məlumatlardan sonra Rusiyanın boru xəttlərinin gələcəyi müzakirə edilməyə başlayıb.

Reuters agentliyi Qazprom-un Avropa istiqamətində yeni boru xəttlərini sürətləndirmə qərarı qəbul etdiyini yazıb.

Reuters agentliyinin məlumatına görə, Ağ Ev Moskvanın boru xəttlərinə təsir göstərəcək sanksiyalar tətbiq etməyi düşünmür.

Milli.Az BBC-yə istinadən bildirir ki, lakin Rusiyaya qarşı sanksiyalar bu xəttlərin maliyyə xərlcərini artıra bilər. Bunun səbəbi isə borc xərlcərinin artmasıdır.

Qərbli investorların sanksiyalar ucbatından layihələrdən geri çəkiləcəyindən narahat olan Kreml buna cavab olaraq boru xəttlərinin inşaatını sürətləndirib.

Qara dəniz vasitəsiylə Türkiyəyə çatdırılması planlaşdırılan "Türk Axını" xəttininTürkiyədə haraya bağlanacağı məlum deyil. Lakin bu boru xəttini inşa edən İsveç şirkəti Allseas Group Qazprom-un tələbiylə inşaatı sürətləndirib.

Rusya Devlet Başkanı Vladimir Putin, Türk Akımı hattının borularını döşeyecek Pioneering Spirit platformunu denetlerken. 23 Haziran 2017Rusiya prezidenti Vladimir Putin "Türk axını" xəttinin borularını döşəyəcək Pioneering Spirit platformasını iyunun 23-də baxışdan keçirib

"Türk axını"na paralel ikinci xətt

Reuters agentliyi Qazprom-un Avropaya daha çox qaz ixrac edə bilməsi üçün "təcili" "Türk Axını"na paralel olaraq ikinci bir boru xəttinin inşaatına başladığını da yazıb. Agentliyə açıqlama verən yüksək vəzifəli Qazprom nümayəndəsi "Gələcəkdə sanksiyalardan ziyan görmək ehtimalını nəzərə alaraq indidən yeni bir xətt inşa edirik " deyib.

ABŞ-ın keçmiş sanksiyalar nazirinin vəkili və Columbia universitetinin Qlobal Enerji Siyasətləri Mərkəzinin nümayəndəsi Richard Nephew böyük şirkətlərin risklər artmadan boru xəttlərini sürətlə inşa etdirmək istədiyini, bu səbəbdən də layihələrin sürətləndirildiyini söyləyib.

Reuters-ə açıqlama verən Nephew "Bir çox şirkət 12 ayım, bəlkə də 18 ayım var. Ondan sonra nə olacağı məlum deyil deyə düşünür" ifadələrindən istifadə edib.

Rusiyanın inşa etdiyi digər bir xətt də Baltik dənizindən Almaniyaya uzanacaq "Şimal Axını 2" (Nord Stream 2) xəttidir.

1.225 kilometrlik xəttin malliyyələşdirilməsi üçün Almaniyadan Wintershall və Uniper, Avstriyadan OMV, Böyük Britaniya və Niderlanddan Shell və Fransadan Engie şirkətləri 1,13 milyard dollarlıq sərmayə vəd edib.

Avropa İttifaqı (Aİ) ABŞ-ın Aİ şirkətlərinin sanksiyalardan ziyan görməyəcəyi barədə təminat verməsini tələb edir.

Nord Stream 2 xətti üçün kredit alan Avropa şirkətləri Rusiya ilə iş görməyin "xərc riski" səbəbiylə bazar nisbətindən daha yüksək faizlərlə borclanmışdılar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/569456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR