ABŞ-ın "Minuteman 3" qitələrarası ballistik raketi

ABŞ-ın Hərbi Hava qüvvələri "Minuteman 3" adlı qitələrarası ballistik raketi sınaqdan keçirib. 

Metbuat.az-ın məlumatına görə, sınaqlar Kaliforniya ştatındakı "Vandenberq" hərbi bazasında baş tutub. 6800 km məsafə qət edən raket Sakit okeandakı hədəfi dəqiqliklə vurub. Hərbi Hava Qüvvələrinin bəyanatında qeyd olunur ki, sınaqların məqsədi silah sisteminin hazırlığını və dəqiqliyini yoxlamaqdır.

Qeyd edək ki, ABŞ təxminən 1 ay öncə dünyada ilk işlək lazer silahını sınaqdan keçirib. LaWS sisteminin surəti qitələrarası ballistik raketin surətindən 50 min dəfə artıqdır.

“ABŞ öz gücünü nümayiş etdirir”.

Bunu Metbuat.az-a açıqlamasında politoloq Arzu Nağıyev bildirib.

“ABŞ son vaxtlar Rusiyanın keçirdiyi tədbirlərə adekvat olaraq öz gücünü nümayiş etdirməyə başlayıb. ABŞ-ın növbəti raket sınağını keçirməkdə əsas məqsədlərindən biri də Şimali Koreyanın raket sınaqlarına və İranın nüvə proqramına cavab təşkil edir. ABŞ bu yolla hərbi texnologiyasının yüksək səviyyədə olduğunu göstərməyə çalışır. Tramp seçkiqabağı platformasında qeyd etmişdi ki, terrorla mübarizə aparacayıq. ABŞ-ın təhlükəsizliyi naminə silahlar daha da təkmilləşdiriləcək. Düşünürəm ki, bunlar Trampın seçkiqabağı vədləridir”.

BAKI: Ölüm saçan sərnişin avtobusu peyda oldu - VİDEO-Baxmaq və oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR