"Music Band" verilişinin növbəti çəkilişi baş tutub

"Music Band" verilişinin növbəti çəkilişi baş tutub
17:32 4 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakının mərkəzində, Fəvvarələr Meydanında Azərbaycan Televiziyası Mədəniyyət Kanalının Heydər Əliyev Sarayı ilə birgə layihəsi olan "Music Band" verilişinin növbəti çəkilişi baş tutub.

Milli.Az bildirir ki, musiqinin müxtəlif janr və sahələrini əhatə edən layihənin əsas məqsədi caz, rok, estrada və digər musiqi janrlarının yaranması, inkişaf tarixi barədə tamaşaçılara məlumat vermək, gənc nəslin musiqi zövqünün formalaşmasına, maariflənməsinə xidmət etməkdir. Proqramın açıq havada keçirilməsinin bir səbəbi də tamaşaçılarla canlı ünsiyyət qurmaq, eləcə də gənclərin, şəhər sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarının səmərəli və əyləncəli keçməsinə vasitəçi olmaqdır. Verilişin növbəti qonağı gənc və sevilən ifaçı Zamiq Hüseynov olub.

O, müasir estrada mahnıları ilə yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərini, eləcə də xarici musiqi nümunələrini ifa edib.

Layihənin aparıcısı Nurlana Cəfərovadır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/569746.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR