"Növbəti illərdə də Qəbələ musiqi festivalında iştirak etmək istərdim"

"Növbəti illərdə də Qəbələ musiqi festivalında iştirak etmək istərdim"
19:37 4 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Qəbələdəki kimi gözəl mühitdə, təbiət qoynunda hələ çıxış etməmişdim. Bu, mənim üçün ilk oldu, burada auditoriya bizi isti qarşıladı, izləyicilərin səhnədə baş verənlərə reaksiyası sevindirici idi.

Milli.Az bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Tel-Əviv şəhərinin "Buchman-Mehta" Musiqi Akademiyasının, Sadna Konservatoriyasının müəllimi, amerikalı valtorna ifaçısı Mixail Slatkin deyib.

Çoxdandır Azərbaycana gəlmək arzusunda olduğunu və nəhayət bu istəyinin reallaşdığını bildirən musiqiçi təəssüratlarını bölüşərək qeyd edib ki, Bakı gözəl şəhərdir, amma təbiət qoynunda ifa etmək başqa hissdir: "Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak etmək təklifi ilə məmnuniyyətlə razılaşdım. Festivalın hələ gənc olmasına baxmayaraq, auditoriya burada klassik musiqiyə qulaq asmağa çox həvəs göstərirdi. Növbəti illərdə də bu musiqi tədbirində iştirak etmək istərdim. Düşünürəm ki, izləyicilər də ifamdan razı qaldılar. Hər bir ifaçı çıxışı zamanı dinləyici ilə əlaqə yaratmağı bacarmalıdır. Bu, çox vacibdir".

Mixail Slatkin festivalın yüksək səviyyədə təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirərək, bu gözəl təşəbbüsü alqışladığını deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/569781.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR