Öz dahiliyi uğrunda həyatını fəda etmiş YAZIÇI

Öz dahiliyi uğrunda həyatını fəda etmiş YAZIÇI
12:03 5 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Gi de Mopassan - əsərləri dünya şöhrəti qazanmış böyük fransız yazıçısı. Onun yaradıcılıq üslubu asan və gözəl, lakin həyatı ən ağır sınaqlarla dolu idi. Valideynlərinin erkən boşanması, sağalmaz xəstəlik, ümumxalq şöhrət, sevgi tarixçələrinin kaleydoskopu və… psixiatriya xəstəxanasının soyuq çarpayısında ölüm.

Publika.az unutmur, unutdurmur – tarixin bugünü, 5 avqust 1850-ci ildə, müasir kiçik hekayənin banisi, XIX əsr Fransa yazıçısı, nəhəng Mopassanın doğum günüdür.

Onun hekayələri lakonikliyi ilə seçilir. Onlarda daha çox Fransa-Prussiya müharibəsi dövrü öz əksini tapıb. Gi de Mopassan həm də altı kiçik romanın müəllifidir.

Ги де Мопассан и Эрмина дю Нуи: щемящая любовь великого сердцееда.

Gi de Mopassanın həyat hekayəsi sonu olmayan döyüşü xatırladır, hansı ki, qalib çıxmaq mümkün deyildi. İlk həyəcanlı hadisələr hələ uşaq yaşlarında baş verir: oğlanın 11 yaşı olanda onun valideynləri boşanırlar. Anası ilə tək qalan uşaq, ailənin dağılmasını çox ağır keçirir və heç vaxt evlənməmək üzərinə özünə söz verir. Həqiqətən də, baxmayaraq ki, ədibin həyatında qadın çox idi, o heç vaxt ailə qurmadı.

Ги де Мопассан с матерью

Mopassan demək olar ki, bütün ömrü boyu sifilisdən əziyyət çəkirdi. Tam sağalması üçün ümid var idi, amma tale başqa cür gətirdi: xəstəlik tədricən inkişaf etməyə başladı, yazıçının düşüncələri darmadağın oldu, psixi pozğunluğa tutuldu və bu hal, çox gənc yaşlarında onu ölümə düçar etdi. Savadlı və ziyalı nəhəng adam iradədən məhrum, xatirələr və duyğuları itirmiş birinə çevrildi. Böyük fransız 42 yaşında həyatdan getdi.

Ги де Мопассан в лодке с двумя подругами. Ок. 1875 г. Париж, Б.Н. Эстамп

Öz qısa ömründə Mopassan çox sayda bədii əsərlər yazmağa macal tapdı. Özündən sonra zəngin ədəbi irs qoydu. Onun müəllimi Qustav Flober böyük ustad idi. O, Mopassana yorulmadan bütün həyatını ədəbiyyata həsr etməyi öyrətdi. Nəticə özünü çox gözlətmədi: artıq ilk yazıları oxucular tərəfindən heyranlıqla qarşılanırdı. Məhz Flober Mopassanı ədəbi çevrəyə daxil edir - Emil Zolya, Turgenev və digər yazıçılarla tanış edir.

Ги де Мопассан с собакой

Gəncliyində Mopassan müharibədə olmuşdu, ona görə də, öz əsərlərində daha çox Fransa-Prussiya müharibəsini təsvir edirdi. Onun "Gombul" adlı debüt povesti yüngül əxlaqlı qadın haqqındadır. Əsərdə qadının mənəvi prinsipləri və vətənpərvərlik hisslərinin burjuadan daha güclü olması əks olunur. Ədəbi fəaliyyəti Mopassana yaxşı gəlir gətirirdi, o, anası və qardaşını dolandırır, məşuqələrinə səxavətlə pul xərcləməyi özünə rəva bilirdi. Həmin qadınlar sonradan onun ədəbi qəhrəmanlarına çevriləcəkdi.

Портрет Ги де Мопассана

1889-cu ildə yazıçının həyatının qapısını dəhşətli xəbər döydü - onun psixi pozğunluqdan əziyyət çəkən kiçik qardaşı vəfat etdi. Tezliklə, eyni xəstəlik onun özünü də cənginə alır. Həyatının son illərini Mopassan psixiatriya xəstəxanalarında keçirir, ağlını itirərək intihara cəhd edir, lakin sağ qalır. Əgər buna sağ qalmaq demək olardısa… Əcəl isə onu dünyadan, 1893-cü ildə aparır.

Zaur H.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/208773.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR