Bu gün Çempionlar Liqasının pley-off mərhələsi ilə bağlı püşkatma mərasimi keçirilib.

Mətbuat.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan püşkatmada təmsilçimiz “Qarabağ”ın rəqibi məlum olub.

Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşacaq.

Digər cütlüklər isə bunlardır:

“Olimpiakos” (Yunanıstan) - “Riyeka” (Xorvatiya)

“Seltik” (Şotlandiya) – “Astana” (Qazaxıstan)

“Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan)

APOEL (Kipr) - “Slaviya” (Çexiya)

“Maribor” (Slovaniya) - “Hapoel” (Beyer-Şeva, İsrail)

“Sevilya” (İspaniya) - “Başakşəhər” (Türkiyə)

“Napoli” (İtaliya) -“Nitsa” (Fransa)

“Liverpul” (İngiltərə) - “Hoffenhaym” (Almaniya)

MOİK (Rusiya) - “Yanq Boyz” (İsveçrə)

“Sportinq” (Portuqaliya) -“Styaua” (Rumıniya)

Tanınmış model canlı yayımda intihar etdi - VİDEO