Sneyder Fransa yolunda

Sneyder Fransa yolunda
19:47 6 Avqust 2017
97 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray"la yollarını ayıran Uesli Sneyder karyerasını Fransada davam etdirə bilər.

Milli.Az komanda.az-a istinadən bildirir ki,hollandiyalı futbolçunun xidmətində Liqa 1 təmsilçisi "Nitsa" maraqlıdı. Fransa mətbuatında yer alan məlumata görə, "qırmızı-qaralar"la 33 yaşlı futbolçu razılığa gəliblər. Sneyderin "Qalatasaray"la müqaviləsinə xitam verildiyindən, "Nitsa" hollandiyalı futbolçu üçün heç bir məbləğ ödəməyəcək.

Yarımmüdafiəçi son 5 mövsümdə "Qalatasaray"da çıxış edib. O, "sarı-qırmızılar"ın heyətində şans qazandığı 175 oyunda 45 qol, 44 qol ötürməsinə imza atıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/570229.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR