Misir hərbçiləri Sinayda iki terrorçunu zərərsizləşdirdi

Misir hərbçiləri Sinayda iki terrorçunu zərərsizləşdirdi
02:28 7 Avqust 2017
136 Dünya
Ölkə mətbuatı
A- A+

Misir hərbçiləri Sinay yarımadasında iki terrorçunu məhv edib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Qüvvələrinin rəsmi nümayəndəsi Tamir ər-Rifai məlumat yayıb.

Ordu nümayəndəsinin sözlərinə görə, radikallar Qəza sektoru ilə sərhəddə, terrorçuların gizli tunelinin aşkarlanmasından sonra zərərsizləşdiriliblər.

Misir hökuməti artıq iki ildən çoxdur ölkənin şimalındakı Sinay yarımadasında, ekstremistlərin sığındığı çətin keçilən ərazilərdə antiterror əməliyyatları keçirir. Həmin regiondan mütəmadi olaraq ekstremistlərin yeni hücumları barədə məlumatlar daxil olur.

Son vaxtlar terrorçuların regionda fəaliyyəti nəticəsində yüzlərlə polis və hərbçi həlak olub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/208961.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR