Arda Turan "Qalatasaray"da çıxış edəcək. Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İddia olunub ki, futbolçu "Qalatasaray"dan aldığı təklifə müsbət cavab verib və bir il İstanbul klubunda icarə əsasında oynamağa razılıq verib. Artıq "sarı-qırmızılılar" Ardanı icarəyə götürmək üçün "Barselona"ya rəsmi şəkildə müraciət edib. Kataloniya klubuna icarə haqqı olaraq 2,5 milyon avro təklif olunub. La Liqa klubunun da təklifə müsbət cavab verəcəyi deyilir.
Qeyd edək ki, "Qalatasaray" Ardanı 2011-ci ildə "Atletiko"ya 13 milyon avroya satmışdı. "Barselona" isə onu 41 milyon avroya (bonuslar daxil) alıb.
Fanat.Az