Saç boyası qadının həyatını məhv etdi

İngiltərədə yaşayan 29 yaşındakı Kirsti Vestonun saçının rəngini dəyişməsi ona baha başa gəlib.

Metbuat.az xəbər verir ki, qəhvəyi saçlarını “unikorn” rənginə boyatmaq istəyən qadın aldığı ağardıcını saçına tətbiq edib. Bu proses Kirstiinin həyatını məhv edib.

Ertəsi gün üzü şişməyə başlayan Veston, xəstəxanaya müraciət edib. Allergik reaksiya keçirdiyi məlum olub və gənc qadın antibiotik istifadəsinə başlayıb. İrəliləyən həftədə ağrı davam etdiyi üçün yenidən xəstəxanaya gedən qadının ağır yanıqları olduğu məlum olub. 3 həftə ərzində dəri nəqli də daxil olmaqla 5 əməliyyat keçirən gənc qadına ayağından alınan “greft” başına nəql edilib.

Veston saçlarının yarısını itirib və ona saçın təkrar çıxmayacağı deyilib. İki fərqli müalicə təklif edildiyini, ancaq bu müalicə üsullarının uğursuz ola biləcəyini ifadə edən Veston, “nə edəcəyimdən əmin deyiləm” - deyə açıqlama verib.

Aysel Yaqubqızı / Metbuat.az

İsti havada geyim seçərkən bunlara - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR