“Favorit” market velosiped yolunu şəxsi dayanacağa çevirdi - VİDEO

“Favorit” market velosiped yolunu şəxsi dayanacağa çevirdi - VİDEO
13:48 7 Avqust 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bura bir neçə gün öncə açılışı olan Binəqədi - Novxanı yoludur. "Azəravtoyol"un təşəbbüsü ilə yolda velosipedçilər üçün xüsusi zolaq ayırılıb və yolun bu hissəsi işarələnib. Amma təəssüf ki, yolun kənarında olan "Favorit" market velosipedçilərin zolağını "işğal" edib və alış-verişə gələnlər üçün dayanacaq yaradıb.

Məlum məsələdir ki, öz zolağında olan velosipedçi hərəkətinə davam etmək üçün marketin qarşısında xətlənmiş zonada dayanan avtomobillərə görə əsas yola çıxmaq məcburiyyətindədir. Bu isə açıq-aşkar qəza riskinin yaranması deməkdir.

Publika.az həmin yoldan görüntünü təqdim edir:

Amin


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/209016.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR