Türkiyədə "Cicişlər" ləqəbi ilə tanınan Esra-Ceyda Ersoy bacıları maraqlı etiraflar edib. Fanat.Az xəbər verir ki, onlar ilk dəfə "Fənərbaxça"lı boasketbolçularla münasibətlərini etiraf ediblər.


"Fənərbaxça"lı basketbolçularla bir yerdə olduq. Boyan Boqdanoviç və Emir Preldziçlə birlikdə əyləndik. Mən (Ceyda) onsuz da Boyanla uzun müddət idi görüşürdüm. Ona türk dilini öyrətmək istəyirdim. Yeganə problemimiz bu idi. Emirə gəlincə, onu da Esra danışsın... Çox danışmaq istəmirəm. Uzun müddət davam edən münasibətim var idi. Bitdi və dünyam yıxıldı", deyə bacılardan Ceyda bildirib.


Arda Turanla bağlı şok sözlər


Onlar qara dərili idmançıları daha çox bəyəndiklərini etiraf ediblər: "Qara dərili oyunçular təbii ki, gözəldir. Latın amerikalıların da gözəlləri var, amma türklər vazkeçilməzdi. Türkiyədə ən çox bəyəndiyimiz futbolçunun adı sirr qalsın. O qədər çox futbolçu ardımızca gəzir ki... Görüşmək üçün "Instagram"dan mesaj da yazırlar. Telefonumuz birinin əlinə keçsə yer-yerindən oynayar. Arda Turan... O, onsuz da hamıya yazır. Biz daha çox basketbolçuları bəyənirik. Ibrahim Kutluay fanatıyıq".


Arda Turanla bağlı şok sözlər


Fanat.Az