Qida qaynağı ilə bol, 92%-i sudan ibarət olan qarpız A, B6, C vitaminləri, həmçinin, likopen, amin turşuları və antioksidant mənbəyidir. Yağsızdır, kalorisi azdır, natrium nisbəti aşağıdır. Orta ölçülü kasa qədər qarpız 80 kaloridir.
Publika.az ailem.az-a istinadən qarpızın digər faydalarını təqdim edir.
Xərçəngdən qoruyucu təsiri var
Likopenlə ən zəngin olan meyvədir. Qarpız, pomidor, çəhrayı
qreypfrut kimi qidalara qırmızı rəngi verən likopen sağlamlıq üçün
çox əhəmiyyətlidir. Ürək, sümük sağlamlığı üçün faydalıdır və
xərçəngdən qoruyucu təsiri var. Ən güclü iltihab önləyicilərindən
biridir. Qarpız yetişib qırmızılaşdıqca likopen nisbəti artır. Beta
karoten və fenolik anti-inflamatuarlar da qarpızda boldur.
Ürək və damar sağlamlığını qoruyur
Sitrulin qarpızda olan zülal quruluşa malik daşdır. Bədəndə arjin
adlı amin turşusuna çevrilir. Ürək və damar sağlamlığını qoruyur,
qan dövranına kömək olur. İdman edənlərdə əzələ ağrısı meydana
gəlməsinə mane olar. Piylənmədən əziyyət çəkənlərdə təzyiqi aşağı
salır.
İmmunitet sistemini tənzimləyir
Qarpız kolin tərkiblidir. Kolin bədəndə iltihabı təzyiq altına
salır. Stress, hava çirkliliyi, xroniki xəstəliklərdən meydana
gələn iltihab bədənə zərər verərkən, kolin zərərli təsirlərə qarşı
immunitet sistemini nizamlayır.
Bədənin su və ion ehtiyacını qarşılayır
İsti havada bədənimizdəki suyu itiririk. Qarpız bədənin su və ion
ehtiyacını qarşılamaq üçün idealdır. Lif tərkibi sayəsində
bağırsaqların normal işini təmin edər.
Dəri və saçların nəmliliyini artırır
Qarpızda olan A vitamin dəri və saçın nəmliliyi və canlılığı üçün
çox lazımlıdır. Yeni elastin və kollagen hüceyrələrinin meydana
gəlməsini təmin edir. Qarpızın hər yerində, qabığın üzərindəki ağ
təbəqədə belə, faydalı maddələr var.
Uşaqlar qarpızı nə zaman yeyə bilər?
Körpələr 8-10 ay arası qarpız yeməyə başlaya bilər. İlk sınaqlarda
digər meyvələrin suyu ilə birlikdə verilməsi doğru olar.
Qarpızın tarixçəsi
Beş min il əvvəl misirlilərin heroqlif yazılarında qarpıza rast
gəlinir. Köhnə misirlilər kral məzarlarına kralın ölümdən sonra
qidalanması üçün qarpız qoyurmuşlar. İlk olaraq Afrika çöllərində
yetişdiyi güman edilən bu meyvə, 10-cu əsrdə Aralıq dənizi ticarəti
ilə Çinə qədər gedib çatıb. Çin bu gün dünyanın ən çox qarpız
yetişdirilən ölkəsidir. Ərəblər 13-cü əsrdə qarpızı Avropaya
gətiriblər. Amerika qitəsinə afrikalı kölələr tərəfindən aparılıb.
Bu gün Amerika qitəsində iki yüzdən çox qarpız növü bitir.
Qarpızın zərəri varmı?
Qarpızda olan likopen faydalı olmaqla yanaşı, gündə 30 mg-dan çox
yeyildikdə ürək bulanma, ishal, qarında şişmə yaradır. Kaliumu
yüksək olanlar məhdud miqdarda qarpız yeməlidir. Çox qarpız yedikdə
şəkər miqdarı qalxar. 280 qr qarpızda 20 qr şəkər var. Təbii şəkər
olmaqla yanaşı, kalorisinə diqqətli olmaq lazımdır.
Qarpız balqabaq və xiyarın daxil olduğu ailə qrupundandır. Bu yemək
qrupuna allergiyası olanların qarpıza da allergiyası olur. Qarpız
yeyərkən damaq qaşınması, qıcıqlanması kimi şikayətləri olanlar
ondan uzaq dursun.