Türkiyəli müğənni Sıla Bodrumda konsert proqramı ilə çıxış edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 3 min 500 tamaşaçı qarşısında çıxan müğənni konsert zamanı səhnədə çətin anlar yaşayıb.

Belə ki, ağcaqanadlar ona ifasını rahat şəkildə davam etdirməyə imkan verməyiblər. Əliylə ağcaqanadları qovmağa çalışan Sıla ayağa qalxaraq "Barı ayağa qalxım, ağcaqanadlar imkan vermir", - söyləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində