Bioloji Təbabət Klinikasında osteoporozun müasir təyini - VİDEO

Bioloji Təbabət Klinikasında osteoporozun müasir təyini - VİDEO
10:28 8 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Osteoporoz skeleti təşkil edən sümüklərin mineral tərkibinin pozulması nəticəsində patoloji kövrəkliyin inkişaf etməsi və sınıqların baş verməsi ilə xarakterizə olunan xroniki xəstəlikdir. Xəstəlik zamanı, sümükdə kalsium və mineralların miqdarı azalır. Osteoporoz sümük xəstəliklərinin ən çox rast gəlinən növüdür.

Axar.az xəbər verir ki, 50 yaşdan yuxarı qadınların təxminən yarısı bud, bilək, fəqərələr və ya digər sümüklərin sınıqları ilə üzləşirlər. Sümük canlı və daima yenilənən toxumadır. Bu toxumanın formalaşması üçün isə tələb olunan mineralların ən əhəmiyyətlisi kalsiumdur. Əgər siz kifayət qədər kalsium və D vitamini qəbul etmirsinizsə, yaxud sizin orqanizminiz qəbul etdiyiniz qidalardan kifayət qədər kalsium əldə edə bilmirsə, onda sizin sümükləriniz kövrəkləşəcək və sınmağa daha çox meyilli olacaq.

Osteporozun ilkin mərhələlərində heç bir əlamət müşahidə olunmur. Bir çox hallarda, insanlar sınıq baş verəndən sonra bu xəstəlikdən xəbərdar olur. Bəzi sümüklərin, məs., bud sümüyünün boynunun sınıqları çox təhlükəlidir. Belə sınıqların 25%-i ölümlə nəticələnir. Osteoporoz vaxtında təyin olunarsa, pasiyentlər bu kimi problemlərlə üzləşməzlər. Bunun üçün vaxtında həkimə müraciət etmək lazımdır. Müayinə zamanı ilk olaraq sümük minaral densitometri ilə sümüyün mineral sıxlığı təyin olunmalıdır. Sümük densitometriyası sümükdə kalsiumu dəqiq təyin edən standart bir metoddur. Yuxarıda sadalanan risk amillərindən 1-i və ya 2-si olarsa, o zaman həkimə müraciət etmək məsləhət görülür. Sağlam insanlar da profilaktik olaraq müayinədən keçməlidir ki, gələcəkdə inkişaf etmə ehtimalı olan osteoporoz xəstəliyinin qarşısı alınsın. 30-40 yaşlarında sağlam insanların 2 ildə bir dəfə, 40 yaşdan yuxarı insanların isə ildə 1 dəfə sümük densitometriyası müayinəsindən keçməsi tövsiyə olunur. Menopauzadan (klimaks) sonrakı dövrdə isə bu müayinədən keçmə həkim tərəfindən təyin olunmalıdır. Bioloji Təbabət Klinikasında GE Healthcare tərəfindən istehsal olunan Lunar Prodigy Primo DEXA System (ABŞ) istifadə olunur. Densitometriya müayinəsi qısa müddət ərzində (10 dəq) ağrısız, əvvəlcədən heç bir hazırlıq tələb olunmadan aparılır. Ac qarına olmaq tələb olunmur. Sümük densitometriyası müayinəsindən əlavə qanda bir çox analizləri də yoxlamağa ehtiyac ola bilər. İnsan orqanizmində kalsiumun 98% -i sümük toxumasında yerləşdiyi üçün təkcə qanda kalsiumu yoxlamaqla osteoporoz diaqnozu qoymaq olmaz.

Ən dəqiq nəticəni sümük densitometriyası müayinəsi verir. Vaxtında densitometriya müayinəsindən keçin ki, sümükləriniz möhkəm olsun!

Ünvan: Bakı; Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri-110

Telefon: (+994 12) 430-89-89, (+994 50) 430-89-89, (+994 55) 430-89-89, (+994 70) 430-89-89


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/209113.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR