“Azər-Türk Bank”da yeni təyinat olub

“Azər-Türk Bank”da yeni təyinat olub
11:57 8 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 8 avqust. REPORT.AZ/ “Azər-Türk Bank” ASC-nin Maliyyə Monitorinqi və Nəzarət Departamentinə yeni direktor təyin edilib.
“Report” banka istinadən xəbər verir ki, bu, Elmar Ələkbər oğlu Ələkbərovdur.
İndiyə qədər bu vəzifəni müvəqqəti olaraq Vüsalə Oqtay qızı Kazımova icra edib.
Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azer-turk-bank-da-yeni-teyinat-olub-01010101010101

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR