Azərbaycan Əfqanıstanla Hindistan arasında hava yük dəhlizinin açılmasını dəstəkləyib

Azərbaycan Əfqanıstanla Hindistan arasında hava yük dəhlizinin açılmasını dəstəkləyib
12:02 8 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycan Əfqanıstanla Hindistan arasında hava yük dəhlizinin açılmasını dəstəkləyib. "Report"un Hindistanın "Sify" agentliyinə istinadən verdiyi məlumata görə, müvafiq məsələ Hindistanın Dehli şəhərində keçirilən “Asiyanın qəlbi - İstanbul prosesi” adlı konfransda müzakirə edilib.
Bu təşəbbüsü üzv dövlətlər bu yaxınlarda iki ölkə arasında hava yük dəhlizinin yaradılmasını Əfqanıstan fermerlərinin Cənubi Asiya və digər regionların iri bazarlarına tez və zəmanətli çıxışının təmin olunması kimi dəyərləndiriblər.
Qeyd edək ki, “Asiyanın qəlbi - İstanbul prosesi” təşəbbüsünə Əfqanıstan Xarici İşlər Nazirliyində İqtisadi əməkdaşlıq Departamentinin baş direktoru vəzifəsini icra edən Həsən Soroş və Hindistan Xarici İşlər Nazirliyində katib Dipak Mittal həmsədrlik ediblər. Tədbirdə Azərbaycan da daxil olmaqla, İran, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, BƏƏ, Avstraliya, Misir, Almaniya, B.Britaniya, ABŞ, habelə Avropa Birliyi və BMT kimi beynəxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində bir sıra layihələr, o cümlədən Lapis Lazuli quru və dəmiryolu dəhlizi də müsbət dəyərləndirilib. Bu dəhliz Əfqanıstanı Türkmənistan, Azərbaycan, Gürcüstanla Qara dənizə, daha sonra Türkiyə üzərindən Aralıq dənizi və Avropaya birləşdirir.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-efqanistanla-hindistan-arasinda-hava-yuk-dehlizinin-acilmasini-destekleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR