Türkiyə millisinin yeni baş məşqçisi Mirça Luçesku Barselonada Arda Turanla görüşüb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, rumın mütəxəssis Ardanı milliyə qayıtmağa razı sala bilib.
Xatırladaq ki, millinin sabiq baş məşqçisi Fatih Terimlə problemlər yaşayan Arda Turan jurnalist Bilal Meşe ilə yaşanan mübahisədən sonra milli karyerasını bitirdiyini açıqlamışdı.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində