Azərbaycanda 13-cü Dünya Skaut Gənclər Forumu кeçirilir

Azərbaycanda 13-cü Dünya Skaut Gənclər Forumu кeçirilir
15:07 8 Avqust 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycanda 130-dan çox ölkədən 320 gəncin iştirakı ilə 13-cü Dünya Skaut Gənclər Forumu (ÜSGF) keçirilir. "Report"un məlumatına görə, bu, iştirakçıların sayına və təmsil olunan ölkələrin müxtəlifliyinə görə skaut hərəkatı tarixinin ən böyük forumudur.
Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Skaut Hərəkatı Təşkilatı (DSHT) və Azərbaycan Skautlar Assosiasiyası tərəfindən təşkil olunan Dünya Skaut Gənclər Forumu (ÜSGF) 18-26 yaş arası olan skautlar arasında ünsiyyət və gənc liderlərin ideyalarının mübadiləsi platformasıdır.
İştirakçılar forumun gedişi çərçivəsində fəal vətəndaş mövqeyi və liderliyə həsr olunan sessiyalarda çalışacaq və təqdimatlarda iştirak edəcəklər. Bütün iştirakçıların sosial fəaliyyətini və cəmiyyətin inkişafında onların uğurlarını göstərən və fərdi layihələrin təqdim olunduğu maraqlı 360 Market Place gözlənilir. Tədbirin son günündə iştirakçılar öz aralarında forumun əsas mövzusuna, gənclərin dünyada baş verən proseslərə təsirinə dair müxtəlif mövzular üzrə müzakirələr aparacaqlar.
Forum çərçivəsində “Mədəniyyət axşamı” təşkil olunacaq. Axşamda iştirakçılar öz ölkələrinin tarixi və ənənələrini, milli geyim, mətbəx, musiqi və rəqslərini nümayiş etdirəcəklər. Ev sahibi qismində çıxış edən Azərbaycanın milli mədəniyyətinin zəngin və ecazkar geyimlərini əks etdirən xüsusi proqram təqdim ediləcək.
Forumda 2017-2020-ci illər üçün Dünya Skaut Komitəsinin (İdarə Heyəti) gənc məsləhətçiləri seçiləcəkdir. Gənc məsləhətçilərin əsas məqsədi Dünya Skaut Hərəkatı Təşkilatında qərarların verilməsi prosesində gənclərin rolunun artırılmasına imkan yaratmaqdır.
Forumun sədri və hazırkı gənc məsləhətçi Jeremi Apert qeyd edib ki, Dünya Skaut Gənclər Forumu lider olmaq və hərəkatın gələcəyi üçün töhfə vermək istəyən gənc nəsil üçün unikal imkandır.
13-cü Ümumdünya Skaut Gənclər Forumundan sonra gənc liderlər qəbul etdikləri sənədlərin səsləndiriləcəyi 41-ci Dünya Skaut Konfransında iştirak edəcəklər. Qəbul olunan qərarlar Konfransın yekun qərarlarına da daxil ediləcək. Konfrans 14-18 avqustda Bakı Konqres Mərkəzində baş tutacaq.  



















Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/azerbaycanda-13-cu-dunya-skaut-gencler-forumu-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR