2 min adamı öldürdülər

2 min adamı öldürdülər
22:26 8 Yanvar 2015
115 Dünya
Ölkə mətbuatı
A- A+

Nigeriyada "Boko Haram" dini qruplaşması ölkənin şimal-şərqində yerləşən Baqa şəhərinə ikinci dəfə hücuma keçib.

ANS PRESS-in verdiyi xəbərə görə, Nigeriyanın hakimiyyət nümayəndəsi BBC-yə bildirib ki, döyüşçülər ötən gün hərbi bazasını tutduqdan sonra şəhəri tamamilə yandırıblar.

Şahidlərin sözlərinə görə, şəhərin küçələri cəsədlərlə doludur, öldürülənlərin sayı 2 minə çatıb.

"Boko Haram" qruplaşması mülki əhaliyə qarşı ekstremal qəddarlıqla fərqlənir. Nigeriyanın şimalında və ona sərhəddə yerləşən Kamerun və Çadda islam xəlifəsinin yaradılması üçün mübarizə aparır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318495

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR