Bu boşanma Abramoviçə çox baha başa gələ bilər

Bu boşanma Abramoviçə çox baha başa gələ bilər
19:57 8 Avqust 2017
93 Dünya
Ölkə mətbuatı
A- A+

"The Guardian" yazır ki, Rusiya milyarderi və Chelsea futbol klubunun sahibi Roman Abramoviç və onun xanımı Daşa Jukova boşanmaq barədə qərarlarını elan ediblər.

Abramoviç və incəsənət kolleksiyaçısı və qalereya direktoru Jukova 2005-ci ildə tanış olmuşdular və bu evlilikdən iki uşaqları var.

Onların birgə bəyanatında deyilir ki, "on il bir yerdə yaşadıqdan sonra biz ayrılmaq barədə çətin qərar qəbul etmişik, lakin biz yaxın dost, valideyn və birlikdə inkişaf etdirdiyimiz layihələrdə partnyor kimi qalmaqda davam edəcəyik".

50 yaşlı Abramoviçin sözçüsü bu bəyanatın xaricində hər hansı əlavə şərh verməkdən imtina edib.

Forbes jurnalının təxminlərinə görə Abramoviçin varidatı hazırda 9. 2 milyard dollar təşkil edir və o, dünya zənginləri siyahısında 139-cu yerdədir.

O həm də dəbdəbə aludəsi kimi tanınır. Onun yaxtası dünyada ikinci böyük yaxta sayılır.

Abramoviç bütün dünya boyunca böyük mülkiyyət portfelinə malikdir.

36 yaşlı Jukova isə Rusiyanın neft maqnatlarından birinin qızıdır və ABŞ-da təhsil alıb. O Moskvada Qaraj adlı qalereyanın açılışını edəndə, çoxları onun incəsənət aləmində hər hansı əhəmiyyətli rol oynayacağına o qədər də inanmırdılar.

O, 2008-ci ildə açılış ərəfəsində verdiyi müsahibədə bircə rəssamın da adını çəkə bilməmişdi.

Jukova 2014-cü ildə qara maneken qadın formasında düzəldilmiş kürsüdə oturub şəkil çəkdirməklə böyük qalmaqala səbəb olmuşdu.

Buna baxmayaraq Jukova varlı rusların həvəs göstərdikləri müasir incənət bazarında öz yerini tuta bilib.

Moksvadakı Qorki parkında açılmış Qaraj incəsənət qalereyası Rusiya paytaxtının ən yaxşı muzeylərindən biri sayılır.

Boşanma bəyanatında ər-arvad bildirirlər ki, onlar Qaraj və Sankt Peterburqun kimsəsiz adalarından birində yaradılmış Yeni Hollandiya kimi layihələrini birlikdə davam etdirəcəklər.

Abramoviç Yeni Hollandiyanın şəhərin ictimai-mədəniyyət mərkəzinə çevrilməsi üçün milyonlarca dollar xərcləyib.

Kremllə yaxşı münasibətlərdə qalmaq istəyən başqa oliqarxlar kimi Abramoviç də hökumət layihələrinə milyonlarca dollar pul xərcləməyə borcludur.

Jukova Abramoviçin üçüncü arvadıdır. O ikinci arvadı İrina ilə 2007-ci ildə, deyilənlərə görə, Jukova ilə yenicə başlanan eşq macərasına görə boşanıb.

O vaxt Vedomosti qəzetinin yazdığına görə İrinaya Abramoviçin varidatından çox kiçik bir hissə - 300 milyon dollar düşmüşdü.

Onlar Rusiyada boşanmışdılar və buna görə də Abramoviç yaxasını 300 milyon dollarla qurtara bilmişdi. Onlar 1990-cı ildə tanış olmuşdular. İrina Aeroflotun stüardessası idi. Roman Abramoviçin İrinadan 5 uşağı var.

"The Times" yazır ki, Abramoviç sonuncu boşanmada milyonlarını yox, milyardlarını itirə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/570923.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR