Pəhriz saxlayıb arıqlaya bilməyənlər üçün - 6 qızıl qayda

Pəhriz saxlayıb arıqlaya bilməyənlər üçün - 6 qızıl qayda
22:53 8 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Sağlam və gümrah görünmək arzusu insanları pəhriz saxlamağa məcbur edir. Lakin pəhriz saxlayan insanlar çox çalışsalar da istədikləri çəkini əldə edə bilmirlər.

Publika.az bildirir ki, Britaniya mətbuatı çəki atmağın qarşısını alan vərdişləri açıqlayıb.

1. Şəkəri azaldın

Şəkərdən çoxlu istifadə çəkini azaltmağa təsir edən əsas amillərdəndir. Bədən artıq qəbul etdiyi şəkəri yağ hüceyrəsi olaraq saxlayır.

2. Hərəkət edin

Həmişə idman hərəkətləri etməyiniz lazımdır. Bunun üçün pilləkənləri çıxmaq, işə velosipedlə getmək və ya avtomobili gedəcəyiniz yerdən uzaqda saxlamaqla sadə tədbirlər görə bilərsiniz. Maddələr mübadiləsini sürətləndirmək üçün bu tədbirlər vacibdir.

3. Qidaları yaxşı çeynəyin

İnsanların 60 faizi yeməyi 5 dəqiqə ərzində yeyir və ya televizora baxarkən diqqət başqa yerdə olduğuna görə, qidaları kifayət qədər çeynənmədən udur. Yaxşı həzm olunmayan qidalar iştaha nəzarət edən hormonların passiv fəaliyyət göstərməsinə səbəb olur.

4. Faydalı da olsa, bəzi qidalardan daha az istifadə edin

Pəhrizdə olarkən quru yemiş və paxlalı kimi qidalar çox kalorili olduğuna görə sizi çəki atmanıza mane olur. Qoz, badam və fındıq kimi qidaları ara vaxtlarda az miqdardə qəbul edərək həm pəhrizinizi qoruya bilərsiniz, həm də vücudunuza lazım olan qida elementlərini ala bilərsiniz.

5. Kifayət qədər yuxu

Mütəxəssislər pəhriz zamanı kifayət qədər yatmağın əhəmiyyət daşıdığını vurğulayıblar.

Yuxusuzluq vücudun karbohidrata və şəkərə olan ehtiyacının artırır. Yuxunuzu daha yaxşı almaq üçün bir proqram tərtib edin və buna sadiq qalın.

6. Stressdən uzaq olun

İnsanların gərgin iş rejimi və gündəlik həyatda qarşılaşdıqları problemlər üzündən stress keçirmələri, pəhriz saxlayan insanların müsbət nəticələr əldə etməsinə mane olan bir başqa amildir.Vücudunuz stressdə olduğu zaman ifraz etdiyi hormonlar sizi şəkər almağa sürükləyə bilər. Yoga kimi sakitləşdirici təsiri olan fəaliyyətlərdən istifadə etməyə çalışın. Banan yeyərək stressli vaxtlarda qan şəkərinizi tənzimləyə bilərsiniz. metbuat.az


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/209187.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR