"YouTube"-da YENİLİK

"YouTube"-da YENİLİK
07:17 9 Avqust 2017
Ölkə mətbuatı
A- A+

"YouTube" video xidmətinin komandası "iOS" və "Android" əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğular üçün mobil proqramda yeni imkan istifadəyə verib. Yeniləmə nəticəsində istifadəyə verilmiş daxili messencer sayəsində videoçarxları asanlıqla dostlara göndərmək mümkündür.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mobil proqramdan çıxmadan videonu bir kontakt və ya dərhal kontaktlar qrupu ilə paylaşmaq olar. İstifadəçilər təklif edilmiş videoya rəy yaza, həmçinin özləri video əlavə edə bilərlər. Funksiya "YouTube" şəbəkəsində "paylaş" düyməsinə quraşdırılıb. Bu düyməyə sıxmaqla kontaktlar siyahısından videonun göndəriləcəyi şəxs və ya şəxsləri seçmək mümkündür. Həmçinin video üçün istinad əldə etmək və yeni dostları müzakirəyə əlavə etmək olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/570827.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR