Nazir müavini qadını restoranda döydü - VİDEO - FOTO

Nazir müavini qadını restoranda döydü - VİDEO - FOTO
10:57 9 Avqust 2017
111 Maraqlı
Ölkə mətbuatı
A- A+

Cənubi Afrika Respublikasının ali təhsil və tərbiyə nazirinin müavini Mduduhi Manana Yohannesburq şəhərindəki restoranlardan birində qadını döyüb.

Milli.Az eNews Channel Africa-ya istinadən bildirir ki, davaya nazirin əlaltıları da qoşulublar və sonucda üç qadın döyülüb.

Nazir müavini olaya görə üzr istəsə də, qadınlar onun istefasını tələb edirlər.

Hadisə Yohannesburqdakı "Cubana Fourways" restoranında baş verib. Qadın burada qohumları və rəfiqələri ilə şam edirdi. Onlar iqtidardakı Afrika Milli Konqresi (ANC) Partiyasının yeni liderinin seçkilərini müzakirə ediblər.

Seçkilər dekabrda keçiriləcək.

Manana və dostları yaxınlıqdakı masada oturmuşdular.

"Biz, sadəcə, istirahət edirdik. Lakin nazir müavini və dostları söhbətimizə müdaxilə etdilər, qışqırmağa və söyməyə başladılar. Sonra hücum çəkib bizi döydülər", - zərərçəkən qadın Mandiza Duma deyib.

Manana isə The Times-a deyib: "O qadın məni söyməyə başladı, sonrda homoseksual adlandırdı. Qadını mən vurmadım. Mənimlə gələnlər dalaşıblar. Baş verən hadisəyə görə Mandiza Dumadan, ölkə hökumətindən və bütün qadınlardan üzr istəyirəm".

CAR-ın polis naziri Fikile Mbalula olayın tam təfərrüatı ilə araşdırılacağını deyib.

Yohannesburqun Duqlasdeyl səmtindəki polis idarəsində cinayət işi açılıb.

Hazırda CAR-da qadınların zorakılıqdan müdafiəsi aylığı (Women's Month) keçirilir.

Ölkədə iqtidarda olan ANC partiasının qadın təşkilatı (African National Congress Women's League, ANCWL) olayı qətiyyətlə pisləyib, döyülən qadınları dəstəklədiyini bəyan edib, qanun qarşısında hamının bərabər olduğunu xatırladıb.

CAR-da sosial şəbəkələrdə Mandiza Dumaya dəstək məqsədilə "#JusticeForMandisaDuma" heşteqi yaradılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Nazir müavini tərbiyəsizlik etdi


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/571029.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR