Azərbaycan çempionatlarının 34 bombardiri - SİYAHI

Azərbaycan çempionatlarının 34 bombardiri -   SİYAHI
11:07 9 Avqust 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

Bu həftə Topaz Premyer Liqasında 2017/18 mövsümünə start veriləcək. Peşəkar Futbol Liqasının rəsmi internet saytı 26-cı ölkə çempionatı öncəsi yarışın ən məhsuldar futbolçularının siyahısını müəyyənləşdirib. Cədvəldə əvvəlki 25 çempionatda 50 və daha artıq qol vuranlar yer alıb. İndiyədək 34 oyunçu bunu bacarıb. Onlardan 10-u 100-ü də arxada qoyub.


Nəticəsi ləğv olunan və yarımçıq qalan görüşlərdəki qollar nəzərə alınmamaqla tərtib edilən siyahıya Nazim Əliyev başçılıq edir. Azərbaycan çempionatlarının ən yaxşı bombardirinin hesabında 183 qol var. Müşfiq Hüseynov 125 qolla 2-ci, Rövşən Əhmədov 116 topla 3-cüdür. 50 və daha çox qol vuran futbolçular arasında iki legioner də yer alıb. Badri Kvaratsxeliya 72, Georgi Adamiya 61 dəfə fərqlənib.


1. Nazim Əliyev 183

2. Müşfiq Hüseynov 125

3. Rövşən Əhmədov 116

4. Qurban Qurbanov 115

5. Samir Ələkbərov 115

6. Alay Bəhramov 108

7. Nadir Nəbiyev 103

8. Xaqani Məmmədov 102

9. Vadim Vasilyev 102

10. Kənan Kərimov 101

11. Musa Qurbanov 94

12. Fazil Pərvərov 89

13. Samir Musayev 88

14. Fərrux İsmayılov 85

15. İmamyar Süleymanov 85

16. Samir Əliyev 84

17. İsmayıl Məmmədov 76

18. İlham Məmmədov 74

19. Azər İsayev 73

20. Paşa Əliyev 72

21. Badri Kvaratsxeliya 71

22. Zaur Ramazanov 70

23. Yunis Hüseynov 66

24. Vidadi Rzayev 65

25. Mahir Əliyev 65

26. Mahmud Qurbanov 61

27. Ramiz Məmmədov 61

28. Georgi Adamiya 61

29. Rəşad Abdullayev 58

30. Həsən Abdullayev 51

31. Vaqif Cavadov 50

32. Vüqar Qəmbərov 50

33.   Mehman Baxışov 50

34. Yalçın Bağırov 50


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycan-cempionatlarnn-34-bombardiri-t59794.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR