Afət Telmanqızı "Space"dən çıxarıldı

Afət Telmanqızı "Space"dən çıxarıldı
12:17 9 Avqust 2017
158 Ölkə
Ölkə mətbuatı
A- A+

"ANS"in simalarından biri telejurnalist Afət Telmanqızı fəaliyyət göstərdiyi "Space" televiziyasından uzaqlaşdırılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Space" Teleradio Şirkətinin  "Hər gün" informasiya departamentinin rəhbər əvəzi vəzifəsi həvalə olunan Afət telekanaldan çıxarılıb. 

İddia edilir ki, o, məzuniyyətdən gec qayıtdığı üçün kanal rəhbəri tərəfindən cəzalandırılıb və kollektiv qarşısında fəaliyyətinə son verildiyi elan olunub.

Faktı telekanal rəsmisi Kamil Şahverdiyev də təsdiqləyib. O bildirib ki, Afət Telmanqızı işdən öz ərizəsi ilə ayrılıb. Afət Telmanqızı isə bu haqda danışmaq istəməyib.

Qeyd edək ki, "Space"də toplaşan keçmiş ANS-çilər arasında baş verən qalmaqallar daim mətbuata sızır. Sonuncu belə qalmaqal Afət Telmanqızı ilə Azadə Balayeva arasında yaşanmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/571093.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR