Afət Telmanqızı "Space"dən NİYƏ GEDİB? - Telekanaldan AÇIQLAMA

Afət Telmanqızı "Space"dən NİYƏ GEDİB? - Telekanaldan AÇIQLAMA
12:58 9 Avqust 2017
Ölkə mətbuatı
A- A+

"Space" telekanalının “Hər gün” informasiya proqramının baş redaktorun müavini Afət Telmanqızı işdən ayrılıb. Buna səbəbinin aparıcının məzuniyyətdən gec qayıtdığı üçün kanal rəhbəri tərəfindən cəzalandırılması ilə əlaqədar olduğu bildirilir.

“Space” telekanalının icraçı direktoru Kamil Şahverdiyev Publika.az-a açıqlamasında Afət Telmanqızının işdən ayrılmasının məzuniyyətlə bağlı olmadığını dedi:

“Onun telekanalda işə başlaması iki ay idi. Məzuniyyətə çıxmamışdı. Onunla bağlı telekanalda heç bir problem olmayıb. Sadəcə özü ərizə ilə gəlib işdən çıxmaq istədiyini dedi. Biz də ərizəsini qəbul etdik. İşdən ayrılma səbəbini bilmirəm. Ola bilər ki, yeni iş təklifi alıb”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/209254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR