DƏHŞƏT: Bu görüntülər az öncə Parisdən gəldi

Fransanın paytaxtı Parisdə hərbçilərin üzərinə maşın sürülüb.

Metbuat.az xəbər verir ki, yerli vaxtla təxminən 09.00-da Parisin Levallois-Perret qəsəbəsində baş verən hadisə nəticəsində 6 əsgər yaralanıb. Onlardan 2-nin vəziyyəti ağırdır. Sürücü hadisə yerindən qaçmağı bacarıb. Fransa polisi onun tutulması istiqamətində axtarış işlərinə başlayıb.

Qəsəbənin bələdiyyə başçısı hadisəni terror aktı kimi dəyərləndirib.

Qeyd edək ki, Fransa bir neçə ildir ki, terror hadisələrinin hədəfinə çevrilib. Son belə hadisələr isə iyunda olmuşdu.

VİDEO: İcra hakimiyyətindən qəribə açıqlama - "Öz inəyidir, sahibi..."-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR