285 nəfər qidadan zəhərləndi - AZƏRBAYCANDA

285 nəfər qidadan zəhərləndi - AZƏRBAYCANDA
13:38 9 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Bu ilin 6 ayı ərzində 188 qida zəhərlənməsi, 11 botulizm hadisəsi baş verib.

Bu barədə Publika.az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Məlumata görə, orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1637, mikrobioloji göstəricilərinə görə 1648, radioloji göstəricilərinə görə 748, toksikoloji göstəricilərinə görə 714 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 122-də mikrobioloji göstəricilərə görə, 10-da toksikoloji göstəricilərə görə normadan kənara çıxma müəyyən olunub.

Bu müddət ərzində 188 qida zəhərlənməsi hadisəsi baş verib, 285 nəfər zərərçəkən olub. Bunlardan 11 botulizm hadisəsində 21 nəfər zərərçəkən ol.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/209261.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR