Yoluxucu xəstəliklərə tutulma riski 11,5% azalıb

Yoluxucu xəstəliklərə tutulma riski 11,5% azalıb
14:53 9 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Səhiyyə Nazirliyinin “İnsanlar arasında qrip xəstəliyi üzərində epidemioloji nəzarətin gücləndirilməsi barədə” əmrinə əsasən Respublika üzrə ağır gedişli respirator virus infeksiyalrı və qripəbənzər xəstəliklər üzərində epidemioloji nəzarət davam etdirilir.

Nazirlikdən Publika.az-a verilən məlumata görə hava-damcı yolu ilə yayılan qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlər həyata keçirilir. Kəskin respirator virus infeksiyaların yayılmasında 11,5%-ə qədər azalma müşahidə edilib.

Daha çox rast gəlinən süst ifliclər, B tipli hemofil infeksiya tərəfindən törədilən bakterial meningitlər, pnevmokok və meninqokok infeksiyaları üzərində epidemioloji nəzarət gücləndirilib.

Sanitariya-epidemioloji xidməti və müalicə-profilaktika idarələrinin birgə fəaliyyəti nəticəsində cari ilin 6 ayı ərzində Respublika üzrə müşahidə edilən xəstəliklərdən poliomielit, difteriya, qızılca, göyöskürək, epidemik parotit və məxmərək xəstəliklərinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/209267.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR