İsti havada avtomobilinizdə bunlara diqqət edin

Yay mövsümündə avtomobillərə necə qulluq olunmalıdır? Nələrə diqqət etmək lazımdır?

Metbuat.az xəbər verir ki, bəzi məsələlərə öncədən diqqət yetirilsə, həm risk azalar, həm də büdcəyə qənaət mümkün olar.

“Rusiya istehsalı olan avtomobillərlə Avropa istehsallı avtomobillərə qulluq demək olar ki, eyni qaydadadır”.

Bunu Metbuat.az-a açıqlamasında avtomobil ustası Əbülfəz Məlikov deyib.

“Havanın isti olması ilə əlaqədar mühərrikə su tökmək lazımdır ki, onun istiliyi ilə havanın temperaturu arasında balans yaransın. Qışda isə suyun əvəzinə duru yağ tökülür. Həmçinin əyləc mayesi var ki, boruların içi təmizlənməlidir, havası çıxmalıdır. “Nakladka”lar vaxtında dəyişilməli, təkərlərin havasına baxılmalıdır. Kondisionerin qazı yoxlanılmalıdır. Əyləc mayesinin zamanında istifadəsi isə həm “salnik”lər, həm də əyləc şlanqlarının işini tənzimləyir. “Razval”a, balansa nəzarət olunmalıdır.

Nəzərdə tutulan hava təzyiqinə diqqət etmək lazımdır. Təzyiqi az qoymaq düzgün deyil. Avtomobilin ön sol tərəfindəki təkərlərin üzərində ölçüsünə uyğun təzyiq də qeyd olunub. Mühərrikdə suyu tənzimləyən xüsusi qurğu antifriz vasitəsilə yağlanır. Antifrizin faizi var. Faiz aşağı düşdükdə, yağlılığın keyfiyyəti azalır. Nəticədə həmin qurğu sıradan çıxır. Mühərrikə vaxtında qulluq etmək lazımdır. Antifriz zamanında dəyişilsə, əlbəttə ki, nasazlıq olmaz. Su pompası yoxlanılmalıdır. Yay və qış yağına riayət etmək lazımdır. Yay yağı qatı, qış yağı isə sulu olur. Avtomobillər zamanında texniki baxışdan keçməlidir”.

 "Rusiya istehsalı olan yeni model avtomobillər alın" - Vaqif Əsədov-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR