Bakıda şortik geyinən qızlara münasibət - "Bacıma, sevgilimə icazə vermərəm"

Bakıda şortik geyinən qızlara münasibət - "Bacıma, sevgilimə icazə vermərəm"
16:05 9 Avqust 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Hər yayın məşhur mövzularından biri - şortik geyənlərə fərqli münasibət yenə də gündəmdədir. 

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, təkcə şortik geyinən oğlanlar yox, qızlar da müzakirə mövzusudur. Hətta sosial şəbəkələrdə də bu mövzuda statuslar yazılır.

Sosial şəbəkədə "Şortik geyinən qızlara münasibətiniz necədir?" sorğusu keçirilib. 

Sorğuya yüzlərlə insan reaksiya bildirib. Elvin adlı şəxs bildirib ki, sevgilisinin şortik geyinməyə icazə vermədiyini deyib: 

"Belə heç nə deyə bilmərəm öz işidi. Camaatın nə geyinib-geyinməyəcəyi nə mənə, nə də başqasına qalmayıb. Mənim necə baxmağımın da heç bir dəxli yoxdu. Nə də ki, o məlum damğanı vuran tiplərdən deyiləm. Amma nə bacıma, nə də sevgilimə qoymaram çöldə mini şortik geyinsin".

İstifadəçi İradə Quliyeva isə insanların digərlərin geyiminə qarışmağını pisləyib.
 
Bir neçə xanımın fikrincə isə artıq çəkidə olanlar şortik geyinməməlidir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/571207.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR