Uşaq kitablarında EROTİKA: ərini aldadan xanımlar, hər gecə bir qızla SEVİŞƏN KİŞİLƏR - FOTO

Uşaq kitablarında EROTİKA: ərini aldadan xanımlar, hər gecə bir qızla SEVİŞƏN KİŞİLƏR - FOTO
17:23 9 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Çağdaş nağıllar və qəhrəmanları olduqca məsum və xeyirxahdırlar. Halbuki, yüzilliklər öncə xalqın dilində dolaşan nağıl və əfsanələrin məzmunu qəddar və dəhşətli olub. Həmin dövrdə yazılmış nağılları bugün oxuyub, heyrətlənməmək olmur. Bu nağılların çoxu dövrümüzə gəlib, çatanadək təhriflərə uğrayıb, daha da mülayim xarekter alıb. Məsələn, təsəvvür edə bilirsinizmi Zoluşkanın ögey bacısı ayaqqabını geyinmək üçün öz ayaq barmağını kəsmişdi və bu nağıl uzun müddət azyaşlıların mütaliəsinə verilmişdi. Qədim nağıllarda nəinki qətl hadisələri, həmçinin erotik xarakter daşıyan nümunələrə də az rast gəlinmir.

Publika.az qədim ərəb nağıllarındakı ən qaynar, ehtiras dolu məqamları təqdim edir:

Yəqin ki, şaha söylədiyi nağıllarla onun ağlını başından alan gözəl Şəhrizadı tanımayan yoxdur.

Şəhrizadın nağıllar toplusunu ilk qələmə alan isə X əsrdə yaşamış əl-Müsadi olub. Həmin vaxtdan etibarən toplu müasir dövrlərin nəbzini tutmaq məqsədilə daim yenilənib, mövzusu az da olsa dəyişdirilib. Ümumi süjet xətti isə dəyişməz olaraq qalıb.

Şəhriyar şah hər gecə yatağına aldığı gözəllərlə intim münasibətdə olduqdan sonra sabahısı gün onları edam edirdi. Bir gecə şahın hüzuruna Şəhrizad adlı qız gətirirlər. Şəhrizad öz həyatını xilas etmək üçün bütün gecə şaha maraqlı nağıllar söyləyir, səhər açılanda isə əhvalatın ən maraqlı yerində söhbəti bitirib, növbəti gecəyə saxlayır.

Bəs Şah Şəhriyar niyə belə amansız və qəddar olub? Nağılın bu başlığı uzun illərdir ki, təhrif olub, sonra isə ümumiyyətlə, kitabdan çıxarılıb.

Əslində isə başlıq belədir – Tarixi mənbələrə görə, şahın Şəhzəman adlı kiçik qardaşı olub. Şəhzəman öz arvadının ona zənci nökərlə xəyanət etdiyini öyrənəndə, hər ikisini qəzəbdən öldürüb. Sonra isə qardaşının sarayına köçüb.

Günlərin bir günü şah öz vəzirləri ilə ova yollanır. Şəhzəman görür ki, qardaşının arvadı bütün nökərlərini toplayıb, əyləncə gecəsi təşkil edib. Şəhriyar ovdan dönər-dönməz qardaşı baş verənləri ona çatdırır.

Şahın bu xəyanətə münasibəti fərqli olur. O, qardaşını da götürüb, səyahətə çıxır. Dünyada yaşayan bütün qadınların xəyanətkar olub-olmadıqlarını öyrənmək istəyir.

Qardaşların səyahəti uzanır, çünki onlar dünyanın heç bir nöqtəsində ərinə xəyanət edən qadın tapmırlar. Ta ki, bir cinə rast gələnədək.

Cini görən şah və qardaşı bir ağaca çıxıb, gizlənməyə çalışırlar. Cin xurcunundan bir qadın çıxarıb, onunla sevişir sonra isə yuxuya dalır. Ağacdakı gəncləri görən ehtiraslı qadın aşağı enib, onunla intim əlaqədə olmalarını tələb edir, əks halda cini oyadacağı ilə qardaşları qorxudur. Şəhriyar və Şəhzəmanla ehtiraslı münasibətdən sonra qadın xatirə üçün zinət əşyası istəyir. Qardaşlar ona iki üzük verirlər. Qadın öz sandığını açıb, üzükləri ora qoyanda görürlər ki, burada 600-dək başqa üzük də var. Qardaşlar bunların hər birinin ona gizli məşuqları tərəfindən hədiyyə edildiyini anlayırlar.

Hiyləgər qadının əlindən qurtulan qardaşlar öz şəhərlərinə geri dönürlər. Şah ona xəyanət edən arvadını və onun seks müttəfiqlərini edam edib, hər gecə bir qadınla macəra yaşamağa başlayır. Sabahsı gün isə yatağından keçən qızları edam edir. Ta ki, Şəhrizada rast gələnədək...

Bu nağılların ilkin versiyalarında intim münasibətlər çılpaqlığı ilə təsvir edilirdi. Odur ki "1001 gecə" adı ilə tanıdığımız nağıllar toplusu erotik xarakter daşıyır və heç də uşaqlar üçün deyil.

Leyla Sarabi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/209259.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR