Sinay yarımadasında hücum nəticəsində 4 polis öldürülüb

 Misirin Sinay yarımadasının şimalında silahlıların hücumu nəticəsində 4 polis öldürülüb.

Metbuat.az xəbər verir ki, insident Şimali Sinay əyalətinin administrativ mərkəzi olan Əl-Əriş şəhərinə gedən yolda baş verib. Silahlılar pusqu quraraq güc strukturlarının hərəkət etdiyi avtomobilə hücum ediblər. 

Qeyd edək ki, Misir artıq 2 ildən artıqdır Sinay yarımadasının şimalında hərbi əməliyyatlar aparır. Son zamanlar regiondan mütəmadi olaraq baş verən hücumlar nəticəsində yüzlərlə polis və hərbçi həlak olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR