Türkiyəli müğənni çəkiliş zamanı yıxıldı - FOTO

Türkiyəli müğənni çəkiliş zamanı yıxıldı - FOTO
20:22 9 Avqust 2017
107 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyəli müğənni Bülent Ersoyun Safiye Soyman, Banu Alkan və Burcu Esmersoyla hazırladığı yeni proqramda hər dəfə maraqlı anlar yaşanır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Dünya gözəllərim" adlı proqramının bu dəfəki bölümü Vyetnamda çəkilib.

Çəkilişlər üçün Vyetnama yollanan məşhurların başına müxtəlif hadisələr gəlib.

Belə ki, Safiye Soyman yollarda gingerlə gəzənləri gördükdən sonra özü də onu sınaqdan keçirmək istəyib.

Əvvəlcə yaxşı başlayan ginger macərası sonda pis bitdi. Belə ki, yerə yıxılan Soymanın köməyinə ilk olaraq Banu Alkan gəlib.

Yaşadığı çətin anlara ən çox özü gülən sənətçi "Çox şükür heç bir yerimi sındırmadım. Mənim üçün gözəl bir an oldu" deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/571079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR