"3 Adam" dağıldı?

"3 Adam" dağıldı?
20:32 9 Avqust 2017
Ölkə mətbuatı
A- A+

"3 Adam" TV8-dən getdiyini açıqlayandan sonra ortalıqda görünməyən İbrahim Büyükak dünən jurnalistlərlə qarşılaşıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, Oğuzhan Koç birgə filmə çəkiləcəyini açıqlayıb.

İbrahim ssenarisinin özünün yazdığı filmdə digər tərəfdaşları Eser Yenenlerin yer almayacağını söyləyib:

"Eserə uyğun rol yox idi. Onsuz da "3 adam" filmi kimi etmədik. Aramızda danışdıq. Eser hər zaman yanımızdadır".

Digər xəbərə görə isə E.Yenenler özü təkadamlıq "stand-up" şouya hazırlaşır.

Bu xəbərləri əsas tutan Türkiyə mediası "3 Adam"ın dağıldığını iddia edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/571157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR