Meri restorandan çıxardılar - Şort geyindiyi üçün - FOTO

Meri restorandan çıxardılar - Şort geyindiyi üçün - FOTO
21:05 9 Avqust 2017
116 Maraqlı
Ölkə mətbuatı
A- A+

İtaliyanın Viareco şəhərinin meri Corco del Qinqaro daimi müştərisi olduğu şəhər restoranlarından birində axırıncı dəfə xoş qarşılanmayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, üzləşdiyi vəziyyət barədə "Facebook" səhifəsində yazan mer deyib ki, bir neçə gün əvvəl dostları ilə şəhərdə tez-tez getdiyi restoranlardan birində şam etmək qərarına gəlib.

Yemək rəsmi olmadığından restorana "casual" stildə gedib dostları ilə yenicə söhbətə başlayan merə yaxınlaşan ofisiant bildirib ki, o, geyindiyi şortla restoranın dress-kodunu pozur. Restoranı tərk etmək məcburiyyətində qalan Corco del Qinqaro şamı başqa yerdə etməli olur. Geyimini səhifəsində paylaşan italiyalı mer paltarının heç də dəhşətli olmadığını və bu hadisə zamanı dostlarının yanında xeyli utandığını yazıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/571327.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR