Bu restoranda meymunlar ofisiantlıq edirlər - video+fotolar

Bu restoranda meymunlar ofisiantlıq edirlər - video+fotolar
21:23 9 Avqust 2017
104 Maraqlı
Ölkə mətbuatı
A- A+

Yaponiyanın Usunomiya şəhərində yerləşən "Kayabukiya" restoranında meymunlar ofisiantlıq edir.

Publika.az xarici KİV-ə istinadən bildirir ki, barın sahibi Kaoru Osakanın qeyd etdiyinə görə, o, ilk dəfə məkanı açanda 17 yaşlı Fuku-Çan adlı meymun baş ofisiantı yamsılayaraq müştərilərə dəsmallar daçıyıb. Bundan sonra Kaoru düşünüb ki, ofisiant qismində işə meymunları götürsün.

Hazırda barda 4 meymun işləyir. Onlar qonaqlardan sifarişləri götürür, müştərilərə yemək, içki daşıyırlar.

Osaka vurğulayıb ki, meymunlara çox bağlanıb, onları ailə üzvləri kimi sevir, yedirdir, hətta, bəzən onlarla yatır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/video/209318.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR