Rut Neqqa və Bred Pitt birgə yeni filmə çəkiləcəklər

Rut Neqqa və Bred Pitt birgə yeni filmə çəkiləcəklər
22:05 9 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Rut Neqqa və Bred Pitt "Ulduzlara doğru" adlı yeni fantastik filmdə baş rolları ifa edəcəklər. Aktyorlar bundan əvvəl də birlikdə çəkiliblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni filmdə Bred Pitt atası haqqında baş verənləri öyrənmək üçün Günəş sisteminə səyahət edən autik mühəndis rolunu oynayır. Fantastik filmin rejissoru Ceyms Qrey həm də ssenari müəlliflərindən biridir. Digər ssenari müəllifi isə İtan Qrosdur.

Xatırladaq ki, ötən il Rut Neqqa "Lavinq" kino lentində baş rolu canlandırıb və "Ən yaxşı qadın rolu" nominasiyasında "Oskar"a namizəd qismində təqdim olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/571195.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR