"Instagram" birgə canlı yayım funksiyasını sınaqdan keçirir

"Instagram" birgə canlı yayım funksiyasını sınaqdan keçirir
22:17 9 Avqust 2017
108 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Instagram" sosial şəbəkəsi yeni - birgə canlı yayım funksiyasının sınaqdan keçirilməsi barədə məlumat yayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni funksiya heç bir çətinlik çəkmədən bir profilin canlı yayımına qonaq əlavə etməyə imkan yaradacaq, izləyicilər isə translyasiyaya əvvəlki kimi rəy yazıb və ya "Bəyənmək" düyməsini seçə biləcəklər.

Sosial şəbəkədə qeyd ediblər ki, canlı yayıma çıxmaq "hər bir insanın öz dostları və izləyiciləri ilə ünsiyyət saxlaması üçün maraqlı formatdır, lakin bütün dünya ilə təkbətək qaldıqda özünü inamsız hiss etmək qaçılmazdır".

Qeyd olunur ki, hazırda bu funksiyadan məhdud sayda istifadəçi yararlana bilər, bir neçə aydan sonra isə funksiyadan daha çox istifadəçi yararlanacaq.

Xatırladaq ki, 2016-cı ilin dekabr ayında "Instagram"da paylaşmalara yazılmış rəyləri "Bəyənmək" funksiyası işə salınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/571279.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR