Azərbaycanlı skripkaçı Nəzrin Rəşidova Londonda konsert proqramı ilə çıxış edib

Azərbaycanlı skripkaçı Nəzrin Rəşidova Londonda konsert proqramı ilə çıxış edib
00:42 10 Avqust 2017
Ölkə mətbuatı
A- A+

London. 10 avqust. REPORT.AZ/ Azərbaycanlı skripkaçı Nəzrin Rəşidova Londonda konsert proqramı ilə çıxış edib. 
"Report"un Qərbi Avropa bürosunun məlumatına görə, konsert Londonun mərkəzi küçələrinin birində yerləşən Müqəddəs Ceyms kilsəsində keçirilib.
Kral Musiqi Akademiyasının məzunu Nəzrin Rəşidovanın pianoçu Daniel Grimvudun müşayiəti ilə Jozef Yonqen və Pol Levisin əsərlərindən ibarət musiqi proqramı ingilis melomanlarının alqışları ilə qarşılanıb.
Azərbaycanlı musiqiçi üçün britaniyalı bəstəkar Pol Levis tərəfindən bəstələnmiş "Üç Valentin" əsərini həmvətənlimiz böyük ustalıqla ifa edib. Konsert zamanı Nəzrin Rəşidova Fransanın tanınmış skripkaçısı Emil Soğeyə (Émile Sauret 1852–1920) mənsub olan, 1744-cü ildə hazırlanmış skripkada ifa etmək şərəfinə layıq görülüb.
Bundan əvvəl N.Rəşidova dəfələrlə ABŞ, Fransa, Almaniya, Polşada konsert proqramları ilə çıxış edib, beynəlxalq müsabiqələrdə uğur qazanıb və bir sıra mükafatlar alıb.


Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/azerbaycanli-skripkaci-nezrin-residova-londonda-konsert-proqrami-ile-cixis-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR