Pul ilə olmamaq şərti ilə domino və loto oynamaq olarmı?

Pul ilə olmamaq şərti ilə domino və loto oynamaq olarmı?
22:52 8 Yanvar 2015
317 Sosial
Ölkə mətbuatı
A- A+

Pul ilə olmamaq şərti ilə domino və loto oynamaq olarmı? Bəs, xırda pula ailə üzvləri ilə bu oyunları oynamaq olarmı?
 
Milli.Az islam.az-a istinadən bildirir ki, bu oyunları pulsuz oynamağın maneçiliyi yoxdur inşallah, amma pulla oynamaq olmaz. İslama görə, qumarın hər bir növü haramdır.

Pul udub-uduzmaq şərti ilə istər qohumla, istər yad adamla qumar oynamaq günahdır. Oyuna qoyulan pulun miqdarı da rol oynamır, istər bu pul az olsun, istərsə də çox – hökmü eynidir.

Ümumiyyətlə, İslamda çoxu haram olan hər bir şeyin azı da haramdır. Yaxın qohumlarla xırda puldan loto və ya domino oynayan adamlarda bu, vərdişə çevrilə bilər və gələcəkdə pis sonluqla nəticələnər.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317963.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR