Samsung yeni proqram hazırlayıb

Samsung yeni proqram hazırlayıb
07:32 10 Avqust 2017
Ölkə mətbuatı
A- A+

"Game Live" mobil proqramı indi "Play Store" mağazasında əlçatandır.

"Game Live" mobil tətbiqi smartfondakı oyunu birbaşa "Facebook", "Twitch" və "Youtube" xidmətlərində yayımlamağa imkan verir. İstifadəçi oyunun yazısını saxlaya və sonra onu sosial şəbəkələrdə paylaşa, həmçinin baş verənləri şərh edə və bilavasitə oyun zamanı başqa iştirakçıları eşidə bilər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Cənubi Koreyanın "Samsung" şirkəti iki il bundan əvvəl oyun həvəskarlarına (qeymer) diqqət göstərməyə başlayıb. "Samsung" şirkətinin smartfonları "Vulkan API" - real vaxt rejimində 3D qrafikaya malik proqramları əks etdirməyə imkan verən interfeysi rəsmən dəstəkləyən ilk qurğulardır. Son vaxt şirkət qeymerlər üçün müntəzəm olaraq müxtəlif proqramları (məsələn, "Game Launcher" və "Game Turner" kimi) təqdim edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/mobilt/570475.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR